Ölkəmizi Konfrans Liqasında təmsil edən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Masazır təmsilçisi Maruan Hadudini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mərakeşli müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Futbolçu komandanın heyətində 24 nömrəli formada çıxış edəcək. Maruan karyerası ərzində Mərakeşin "Rasinq Kasablanka", "Berkan", "Difaa" və "Raca Kasablanka" klublarında oynayıb.